Modern.az

Dünyaşöhrətli müğənni vəfat etdi

Dünyaşöhrətli müğənni vəfat etdi

Mədəni̇yyət

24 May 2023, 22:52

Amerikalı məşhur müğənni Tina Törner vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı müğənninin nümayəndəsinə istinadən məlumat yayıb.

 

O, 83 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, 2013-cü ildə Törner insult keçirib. 2016-cı ildə müğənniyə bağırsaq xərçəngi diaqnozu qoyulub. Seçilmiş müalicə böyrəklərin zədələnməsinə və böyrək çatışmazlığına səbəb olub, onun həyat yoldaşı Ervin Bax böyrəyini ifaçıya verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı