Modern.az

Aygün Kazımova və Miri Yusif konsert verəcək

Aygün Kazımova və Miri Yusif konsert verəcək

Mədəni̇yyət

26 May 2023, 10:50

Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, mayın 27-də, saat 18:00-da təşkil olunacaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaq.

 

Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək.

 

Şənbə günü baş tutacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.

 

Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı