Modern.az

Türkiyəli aktrisa Kann Festivalında mükafata layiq GÖRÜLDÜ 

Türkiyəli aktrisa Kann Festivalında mükafata layiq GÖRÜLDÜ 

28 May 2023, 00:05

Yaponiyalı aktyor Koji Yakuşo 76-cı Kann Film Festivalında ən yaxşı aktyor mükafatına layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə festivalın "Twitter" səhifəsində məlumat verilib

 

Ən yaxşı qadın rolu mükafatı türkiyəli Merve Dizdara verilib.

 

Koji Yakuşo mükafatı alman kinorejissoru Vim Vendersin “Mükəmməl günlər” filmindəki işinə görə alıb. Aktyor Tokiodan olan tualet təmizləyicisi rolunu oynayıb. Merve Dizdar türkiyəli rejissor Nuri Bilge Ceylanın "Quru otlar haqqında" filmindəki roluna görə mükafat alıb.

 

Bu il Qızıl Palma budağı uğrunda 21 film mübarizə aparıb. Münsiflər heyətinə isveçli rejissor Ruben Östlund rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir