Modern.az

Məşhur serialda Azərbaycanla bağlı səhv aradan qaldırıldı - FOTO

Məşhur serialda Azərbaycanla bağlı səhv aradan qaldırıldı - FOTO

31 May 2023, 19:56

23 may 2023-cü il tarixində Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə olunub.

 

Modern.az xəbər verir ki, serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb.

 

Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

 

27 may tarixində ATV kanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü