Modern.az

Rusiyada kitab sənayesi tənəzzülə uğrayır

Rusiyada kitab sənayesi tənəzzülə uğrayır

5 İyun 2023, 09:46

2023-cü ilin yanvar-mart aylarında Rusiya Federasiyasında nəşr olunan kitab və broşuraların tirajı 69 milyon nüsxə təşkil edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu, 2022-ci ilin birinci rübündən (90 milyon nüsxə) 23% azdır.

 

Cildli kitab və broşürlərin ümumi tirajı 31% azalaraq 23 milyon nüsxəyə düşüb. Yenidən nəşr olunanların da sayı azalıb. Belə ki, onların tirajı 28% azalaraq 19 milyon nüsxəyə enib.

 

Mütəxəssislər və bazar iştirakçıları səbəblər arasında istehlak materiallarının qiymətinin qalxmasını və nəşriyyatların 2022-ci ildən etibarən yeniləyə bilməyəcəyi xarici müəlliflərin lisenziyalarının sayının azalmasını göstərirlər.

 

Sənayenin təmsilçiləri piratlıqla mübarizə və dövlət proqramları, o cümlədən xaricdə Rusiya kitab mağazası şəbəkələrinin inkişafı vasitəsilə dəstək verilməsinin zəruriliyindən danışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi