Modern.az

Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəli

Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəli

8 İyun 2023, 13:30

Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir.

 

Modern.az-ın məlumatına görə, bu barədə bu gün İSESKO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, dünya Nizami Gəncəvi irsini hələ də öyrənməyə davam edir.

 

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən belə bir mərkəzin yaradılması həqiqətən qürurvericidir. Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir. Biz bu irsi bütün dünyaya yaymalıyıq”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbirinin davamı Gəncə şəhərində keçirilir.

 

Tədbirdə qonaqlar ilk öncə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

 

Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında toplantı keçirilir.

 

Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Mərkəzin həmsədri İsmayıl Seragəldin, Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosniya və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESKO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer alır.

 

Tədbirdə həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışçı qismində iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada hərbi vəziyyət-Əhaliyə bu qadağan edildi