Modern.az

Azərbaycanda 7 dini qurum ləğv olundu

Azərbaycanda 7 dini qurum ləğv olundu

Mədəniyyət

21 İyun 2023, 12:16

Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb. Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə dövlət qeydiyyatına alınan dini qurum sayı 1002-dir.

 

G.İsmayılov qeyd edib ki, 2009-cu ildən bəri ləğv edilən dini qurumların sayının 7-dir. Ümumilikdə isə ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu