Modern.az

İçərişəhərdə “Muğam Marafonu” - FOTOLAR

İçərişəhərdə “Muğam Marafonu” - FOTOLAR

Mədəniyyət

24 İyun 2023, 14:36

Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında başlayıb. Sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək.

 

Modern.az xəbər verir ki, 24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu