Modern.az

Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlandı

Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlandı

Mədəniyyət

24 İyun 2023, 15:00

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu