Modern.az

Yetirmişlidən Celal Şengörə cavab: Şayiədir, inanmayın

Yetirmişlidən Celal Şengörə cavab: Şayiədir, inanmayın

Mədəni̇yyət

4 İyul 2023, 11:42

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

 

"Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm. Bununla yanaşı fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın", - Q.Yetirmişli vurğulayıb.

 

Qeyd edək ki, Celal Şengör bir müddət əvvəl Azərbaycanda güclü zəlzələnin olacağını bildirmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə