Məşhur azərbaycanlı xanəndənin oğlunun məzarı tapılıb.
Modern.az xəbər verir ki, bu barədə tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı bildirib.
“Xeyli müddətdir ki, mədəniyyəyət nazirinin müavini, hörmətli Murad Hüseynov, mən, araşdırmaçı Dilqəm Əhməd və jurnalist Hafiz Əhmədovdan ibarət araşdırma qrupumuz Azərbaycanın böyük xanəndəsi Məşədi Məhəmməd Fərzəliyevin İstanbuldakı məzarının axtarışındayıq.
Hələlik Dilqəm Əhməd xanəndənin oğlu Mahmud Çaylının və nəvəsi Çingiz Çaylının birgə dəfn olunduğu məzarı Feriköy məzarlığında tapa bilib. Qrup üzvləri adından böyük təşəkkür edirik, inşallah Məşədinin öz məzarı da tapılar!", - deyə G.Kazımlı qeyd edib.