Modern.az

Aşura günü bu yerlərdə qan verə bilərsiniz - SİYAHI

Aşura günü bu yerlərdə qan verə bilərsiniz - SİYAHI

13 İyul 2023, 15:32

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a bildirilib ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Nizami rayon Sahib-əz-zaman məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi.

 

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

 

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

 

"Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər", - QMİ-dən bildirilib.

 

Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da daxil olacaq. Məhərrəm ayının 10-u - Aşura günü isə iyulun 28-nə təsadüf edəcək. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu