Hollivud aktyorları böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması barədə razılığa gəlinmədiyindən etirazlara başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri- İreland bildirib.
Onun sözlərinə görə, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etmələrini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanlarını zəiflədir.
Qeyd edək ki, etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir.