Modern.az

"Titanik"in rejissoru "Titan" haqqında film çəkə bilər 

Mədəniyyət

14 İyul 2023, 20:30

Məşhur “Titanik” filminin rejissoru Ceyms Kemeron bu yaxınlarda batan "Titan" sualtı platformasının hekayəsi əsasında dram serialının yaradılmasını müzakirə edir. 

 

Modern.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Rejissorun çəkiliş üçün hansı şirkətlə danışıqlar apardığı məlum deyil. Filmin baş rollarında aktyorlar Matt Damon və Kumail Nanjiani oynaya bilər.

 

Qeyd edək ki, "Titanik" gəmisini tədqiq etmək üçün dənizin altına daxil olan "Titan" sualtı platforması qəzaya uğrayıb və 5 nəfər həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu