Modern.az

Şuşada “Elektron muğam saatı” - FOTOLAR

Şuşada “Elektron muğam saatı” - FOTOLAR

Mədəniyyət

15 İyul 2023, 10:42

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada tədbirlər gecə saatlarında da davam edib. Belə ki, Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqi sədaları eşidilib.

 

Modern.az xəbər verir ki, poeziya günlərinin növbəti tədbiri “Elektron muğam saatı” olub.

 

Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezindən ibarət ifa səsləndirib. Bundan başqa, açıq səhnədə gənc qiraətçilər və şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini təqdim ediblər.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu