Modern.az

Məhərrəm ayı başladı

Məhərrəm ayı başladı

Mədəniyyət

19 İyul 2023, 00:17

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

 

Modern.az xəbər verir ki, Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür.

 

Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

Aşura günü qanvermə aksiyaları keçiriləcək. Qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

 

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

 

Nizami rayonu, Sahibəzzaman məscidi

 

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

 

Suraxanı rayonu, Qaraçuxur məscidi

 

Yasamal rayonu, Təzə Pir məscidi

 

Yasamal rayonu, Hacı Soltanəli məscidi

 

Binəqədi rayonu, İmam Əli məscidi.

 

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

 

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu