Modern.az

Səudiyyəli nazir Allahşükür Paşazadəyə məktub göndərdi 

Səudiyyəli nazir Allahşükür Paşazadəyə məktub göndərdi 

Mədəniyyət

19 İyul 2023, 17:04

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası builki Həcc mövsümü ilə bağlı hazırlıq və sənədləşmə işlərini yüksək səviyyədə yerinə yetirdiyinə görə dünya ölkələri arasında ən yüksək nəticə göstərərək mükafata layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Tofiq bin Fouzan əl-Rəbia Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təbrik məktubu ünvanlayıb.

 

Məktubda deyilir:

 

“Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu

 

Azərbaycan Həcc zəvvarlarının İşləri üzrə Büronun (Həcc missiyasının) 2023-cü ilin Həcc mövsümünə öncədən hazırlıq işlərinin yekunlaşdırılmasının qiymətləndirilməsi sahəsində ən yüksək nəticəyə görə Həcc Zəvvarlarının İşləri üzrə bürolar üçün nəzərdə tutulmuş “Ləbbeytum” mükafatı qazanması münasibəti ilə Sizi təbrik edirəm.

 

Bununla bağlı Sizə və Həcc Zəvvarlarının İşləri üzrə Büronun (Həcc missiyasının) əməkdaşlarına bu mövsümdə zəvvarlara xidmət sahəsində göstərdikləri səylərə görə təşəkkür edirəm.

 

Ümid edirəm ki, belə yüksək səviyyəli fəaliyyətiniz növbəti illərdəki Həcc mövsümlərində də davam edəcək.

 

Yüksək alqış və təqdiri qəbul edin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu