Modern.az

Nazir 11 ildir küsülü olan Xalq artistlərini barışdırdı - FOTO

Nazir 11 ildir küsülü olan Xalq artistlərini barışdırdı - FOTO

3 Avqust 2023, 16:20

11 ildir küsülü olan, bir-birini “mehriban düşmən” adlandıran Xalq artistləri - Rasim Balayevlə Şəfiqə Məmmədova barışıblar.

 

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hər iki aktyor avqustun 2-də Milli Kino Bayramında Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə bir araya gəlib. 

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli hər iki aktyoru səhnəyə dəvət edərək, Azərbaycan kinosunda xidmətlərinə görə təbrik edib.

 

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova sabiq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Rasim Balayev isə Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri idi. 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu