Modern.az

Ən çox gəlir gətirən qorxu filmi - 182 milyon dollar

Ən çox gəlir gətirən qorxu filmi - 182 milyon dollar

8 Avqust 2023, 17:34

“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Qırmızı qapı” filmi 182,5 milyon dollar qazancla cari ilin ən çox gəlir gətirən qorxu filmi olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Patrik Vilsonun rejissorluğu ilə çəkilən ekran əsəri nümayişlərdən gələn gəlirə görə, 180,8 milyon dollar qazancı olan “M3Qan” filmini üstələyib.

 

Ekran əsərində əsas rollarda Rous Börn, Tay Simpkins, Lin Şaye və Li Uannell çəkiliblər.

 

Bu günə qədər “Astral” layihəsinin bütün bölümləri dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu