Modern.az

Akif İslamzadə təltif olunmasından DANIŞDI: Gözlənilməz oldu...

Akif İslamzadə təltif olunmasından DANIŞDI: Gözlənilməz oldu...

Mədəni̇yyət

14 Avqust 2023, 14:15

Bu gün Prezident İlham Əliyev tanınmış müğənni Akif İslamzadəni "Şərəf" ordeni ilə təltif edib. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə təltif olunub.

 

Qeyd edək ki, avqustun 8-də Akif İslamzadənin 75 yaşı tamam olub.

 

Modern.az təltif edilən sənət adamının təəssüratlarını öyrənib.

 

A.İslamzadə saytımıza açıqlamasında xəbəri yeni aldığını və sevincli olduğunu bildirib.

 

"Açığı, "Şərəf" ordeni ilə təltif olunmağım gözlənilməz oldu. Belə bir şey gözləmirdim. İlk belə bir şey eşidən kimi övladıma zəng etdim. Dedim ki, bax gör, belə bir şey var. Həqiqətən, mənim üçün böyük xoşbəxtlikdir. Təşəkkür edirəm", - müğənni deyib.  

 

Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.

 

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

 

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

Müğənni 120-dən çox mahnının ifaçısıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU