Modern.az

“Game of Thrones”un aktyoru vəfat etdi

“Game of Thrones”un aktyoru vəfat etdi

Mədəni̇yyət

16 Avqust 2023, 10:16

Britaniyalı aktyor Darren Kent uzun sürən xəstəlikdən sonra 37 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun birlikdə işlədiyi "Carey Dodd Associates" şirkəti X platformasında məlumat verib.

 

Məlumata görə, Kent avqustun 11-də ailəsinin əhatəsində dünyasını dəyişib. "The Hollywood Reporter" jurnalı aktyorun osteoporoz, artrit və nadir rastlanan dəri xəstəliyindən əziyyət çəkdiyini yazıb.

 

Darren Kent 30-dan çox rolun ifaçısı olub. O, daha çox “Game of Thrones” serialının dördüncü mövsümündəki rolu ilə tanınırdı. O, həmçinin "The Incident" (2011), "Les Misérables" (2018), "Jeepers Creepers Reborn" (2021), "Dungeons & Dragons: Honor Among Thieves" (2023) filmlərində rol alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?