Amerikalı müğənni Britni Spirsin əri Sem Əsgəri evləndikdən 14 ay sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Məlumata görə, Sem Əsgəri boşanmaq üçün məhkəməyə müraciət edib və keçən həftə cütlük Spirsin aldadılması ilə bağlı şayiələrə görə dalaşaraq ayrılıblar.
Qeyd olunub ki, ər-arvadın bir neçə ay ərzində ciddi problemləri olub. Onlar tez-tez mübahisə edirmişlər.