Modern.az

Azərbaycanlı rəssam Ukraynada təltif olundu - FOTOLAR

Azərbaycanlı rəssam Ukraynada təltif olundu - FOTOLAR

Mədəniyyət

30 Avqust 2023, 13:04

Ukraynanın İrpen şəhərində təşkil olunan rəsm sərgisində gənc azərbaycanlı rəssamın əsərləri də yer alıb.

 

Modern.az xəbər verir ki, qəhrəman İrpen şəhərində müharibədən sonra ilk dəfə yenidən VII “Boyalı İrpen” pleneri təşkil olunub.

 

Ukraynanın bütün regionlarından məşhur rəssamların qatıldığı tədbirdə ölkəmizi gənc rəssam Həzrət Mərdanlı təmsil edib.

 

Azərbaycanlı rəssamın əsərləri sərgiyə gələnlərdə maraq doğurub.

 

Sərgiyə baxanlar əsəri yüksək dəyərləndirib, rəssama uğurlar arzulayıblar.

 

Plener İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən təltif olunması ilə yekunlaşıb.

 

Gənc rəssam Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu