Modern.az

“Gümüşgöl əfsanəsi”nin “itkin qəhrəmanı” illər sonra tapıldı - Aktrisa Modern.az-a DANIŞDI

“Gümüşgöl əfsanəsi”nin “itkin qəhrəmanı” illər sonra tapıldı - Aktrisa Modern.az-a DANIŞDI

1 Sentyabr 2023, 13:28

Modern.az saytının 22 avqust 2023-cü il tarixli “Yaddan çıxmış sənətkarlar: “Gümüşgöl əfsanəsi” filminin Leylisi haralardadır?” başlıqlı yazısına xaricdən reaksiya gəlib.

Belə ki, məqalədə haqqında bəhs olunan Leyli rolunun ifaçısı, məşhur aktrisa Yelena Seropova Modern.az-la əlaqə saxlayaraq, özü ilə bağlı bəzi mübahisəli məqamlara aydınlıq gətirib.

Aktrisa bildirib ki, onun “Gümüşgöl əfsanəsi” filmində çəkilməsinin görkəmli müğənni Müslüm Maqomayevin xahişilə gerçəkləşdiyi barədə fikirlər doğru deyil:

"O vaxt mənim 19 yaşım varı. İnstitutun 2-ci kursuna keçmişdim. Moskvada məni “Gümüşgöl əfsanəsi” filminin ikinci rejissoru Akif Rüstəmov tapdı və Leyli roluna sınağa dəvət etdi. Və mən ilk dəfə Bakıya – yoxlanışa getdim. Heç bir dəstəkçim yox idi. Mən də Leyli roluna bütün digər iddialılar kimi ekran imtahanından keçib Moskvaya qayıtdım. Hətta bu ekran testlərini də unutmuşdum, çünki elə bilirdim ki, məni təsdiq etməyəcəklər.
Mən ilk dəfə Müslüm Maqomayevlə bu filmin çəkiliş meydançasında, o, Leyli üçün musiqi kompozisiyası  yazmağa yeni başlayanda tanış oldum", - Yelena Seropova deyib.




Rusiyalı aktrisa “Gümüşgöl əfsanəsi”nin çəkilişi dövründə Dəmir rolunun ifaçısı Kamil Zöhrabova gerçəkdən aşiq olduğu barədə deyilənlərlə də razılaşmayıb:

"Mən heç vaxt Kamil Zöhrabova aşiq olmamışam! Nərgiz rolunun ifaçısı Mətanət Atakişiyevanın bu iddiasının nəyə əsaslandığını bilmirəm. Mən Kamil Zöhrabova istedadlı aktyor və filmdə yaxşı partnyor kimi çox hörmətlə yanaşmışam, bundan başqa heç nə olmayıb. Əgər mən Bakını göz yaşlarımla tərk etmişdimsə, bu, sadəcə olaraq çəkilişlər bitdiyi üçün yaradıcı heyətin gözəl insanlarından, bütün qəlbimlə sevdiyim ecazkar şəhərdən ayrılmağmla bağlı idi. Məhz buna görə Bakıdan ayrılmaq bir az kədərli oldu.
Mənim aşiq olduğum yeganə şəxs hazırkı həyat yoldaşım olub".

Əməkdaşımızla söhbət zamanı Y.Seropova deyib ki, 19 ildir ki, Almaniyanın Leypsik şəhərində əri Rostislav Şakinlə birgə yaratdığı “St’ART” teatr studiyasında müəllim və rejissor işləyir, eyni zamanda teatr tamaşalarına quruluş verir, teatr və kino aktrisası kimi çıxış edir.

Yelena Seropova bir müddət əvvəl Gürcüstanda gəldiyini və hazırda karyerasını teatr və kino aktrisası, teleaprıcı və pedaqoq olaraq bu ölkədə davam etdirini də söyləyib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu