Modern.az

Trol şəbəkəsi: Tanınmış simaları dəyərsizləşdirənlər KİMLƏRDİR...

Trol şəbəkəsi: Tanınmış simaları dəyərsizləşdirənlər KİMLƏRDİR...

Mədəniyyət

5 Sentyabr 2023, 16:10

Rasim Balayev, Akif İslamzadə, Flora Kərimova, Çingiz Abdullayev və s...

 

Son günlər bu adlar ətrafında qalmaqallar səngimir. Sosial şəbəkələrdə mədəniyyət xadimləri, ictimai şəxslər barədə müzakirələrə səbəb olan fikirlər yayılır, onlar linç edilir. Bu vəziyyət sanki kampaniya halını alıb. Bir çoxları bu "dəyərisləşdirmə kampaniyası"nı yeni bir cərəyanın tərkib hissəsi olduğunu düşünür.

 

Onlar deyir ki, bu kampaniyanı aparanlar Azərbaycanda hörmətli kimsənin olmasını istəmirlər. Burada həm xarici, həm də daxili faktorların olduğunu düşünənlər də az deyil. Bunun "trol şəbəkəsi"nin tərkib hissəsi olduğu ehtimal edilir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin deputatı Etibar Əliyev Modern.az-a açıqlamasında bu kampaniyanın məqsədli və düşünülmüş şəkildə həyata keçirildiyini bildirib.

 

"Hər hansı şəxsə ədəbsiz ifadələr işlədəndə, təhqir edəndə, gərək, insan əvvəlcə öz şəxsiyyətinə baxsın. Kimdir? Nə işlə məşğuldur? Cəmiyyətə, dövlətə hansı töhfələr verib? Bunlar mühüm məsələlərdir.  Aktyoru, ədəbiyyat adamını təhqir edəndə düşünmək lazımdır. Ümumiyyətlə bütün cəmiyyətlərdə belə bir tendensiya var ki, ixtisas sahibləri, uyğun sahələr üzrə şəxslər biri digərinin fikrilərinə, hərəkətlərinə qiymət verə bilər. Ancaq şəxsiyyəti məlum olmayan “trol” pərdəsi altında gizlənənlər bu cür hərəkətlər etməklə Azərbaycanın görkəmli şəxslərini nüfuzdan salmağa çalışırlar. Bu hal bütün ziyalılar tərəfindən qınanılmalıdı. Bu cür hərəkətlər yolverilməzdir", - deputat vurğulayıb.

 

Etibar Əliyev deyir ki, təhdidlərə yol verilirsə, kiminsə şəxsiyyəti alçaldılırsa bu məsələlərə ciddi yanaşılmalıdır:

 

"Böyük şəxsiyyətlərin fikirləri  dünyanın hər yerində təqdirəlayiq olur. Ziyalıların özlərinin də immuniteti, birliyi olmalıdır ki, bu cür halların qarşısı dərhal alınsın. Bu hallar pislənməlidir”.

 

 Milli Məclisin digər deputatı Fazil Mustafa da bu insanların məqsədyönlü hərəkət etdiyini düşünür.

 

“Xüsusilə də xaricdə məskunlaşan, xarici xidmət orqanlarında olan şəbəkə vasitəsilə belə hərəkətlər edirlər. Eyni zamanda daxildə də rol oynayan əsasən “kəriməçilər” və “kərimovçular”dır. Bunlar xüsusi fəallıq göstərirlər, hər bir məsələni  Azərbaycana düşmən mövqeyindən şərh etməyə çalışan, dedi-qodular, müxtəlif yalan informasiyaları yaymaqla ölkədə tanınmış adamları, hər kateqoriyadan olan hörmətli şəxsləri gözdən salmağa çalışırlar. Amma bunlar artıq bilinən metodlardır. Ən narhatedici amillərdən biri də hakimiyyət daxilində müəyyən qrupların bu prosesdə rol almasıdır. Onlar da ayrı-ayrı aktiv, prezidentin xüsusilə Qarabağla bağlı mövqeyini müdafiə edən, aktiv şəkildə bu prosesdə olan şəxsləri nüfuzdan salmaq üçün yazılar verdirirlər. Son vaxtlar da saytların birində mən və Qüdrət Həsənquliyevlə bağlı gedən yazı da bunun sübutudur. Xarici və daxili Azərbaycan dövlətinə düşmən olan ünsürlər tərəfindən deyil, hakimiyyətin içində olan bəzi ünsürlər tərəfindən də körüklənir. Olduqca utancvericidir. Çünki burada hədəfə alınan insanlar Azərbaycan dövlətini müdafiə edən,  onun siyasətini dəstəkləyən insanlardır. Təəssüf ki, bu istiqamətdə hələki bir dəyişiklik baş verməyib. Çalışmalıyıq ki, birinci növbədə xarici düşmənin davranışını tənzimləyən proseslərdən kənar, həm də daxildə buna rəvac verən şayələr buraxan, yalan materiallar yayan insanlarla bağlı da aydınlaşma olsun”, - deputat qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər