Modern.az

"Ölkədə Azərbaycan dilini normal bilən yoxdur" - Seyran Səxavət

Mədəniyyət

2 Sentyabr 2023, 13:30

"Azərbaycan dili reanimasiyadadır".

Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

 

"Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır", - o qeyd edib.

 

Yazıçı əlavə edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir: "İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu