Bu gün ali təhsil müəssisələrində yeni dərs ilinin başlanması bəzi qeyri-adi hadisələrlə müşayiət olunur.
Modern.az xəbər verir ki, Bakıda ata universitetə qəbul olunmuş qızına üzərində “Tələbə qızım” yazılmış avtomobil hədiyyə edib.
Hadisənin Bakı Dövlət Universitetinin (BDU) qarşısında yaşandığı bildirilir.
Sosial şəbəkələrdə həmin maşının fotoşəkli paylaşılsa da, BDU-ya qəbul olunmuş xoşbəxt I kurs təkləbəsi olan qızın ad-soyadı açıqlanmayıb.