Modern.az

Snoop Doggun İrəvan konsertinin ləğvi təsdiqləndi

Snoop Doggun İrəvan konsertinin ləğvi təsdiqləndi

Mədəni̇yyət

21 Sentyabr 2023, 09:18

Məşhur amerikalı repçi Snoop Doggun sentyabrın 23-də Ermənistanda gözlənilən konserti təxirə salınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı konsertin təşkilatçısı Doping Space təsdiqləyib.

Xatırladaq ki, Ermənistan hökuməti hələ avqustun 11-də Snoop Doggun konsertinin təşkili üçün 6 milyon dollardan çox vəsait ayırmışdı. Reper İrəvanın “Razdan” stadionunda konsert verəcəkdi.

Lakin Qarabağdakı məğlubiyyətdən sonra İrəvanda vəziyyətin qarışması Snoop Doggun planlarını alt-üst edib.


***

Məşhur amerikalı repçi Snoop Doggun sentyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan konserti təxirə salınacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Qeyd edilir ki, Qarabağdakı məğlubiyyətdən sonra İrəvanda başlayan kütləvi etiraz aksiyaları fonunda belə bir konsertin keçirilməsi Paşinyan hökumətinə yaxşı heç nə vəd etmir.

“Rəsmi təsdiqləmə yoxdur, lakin hökumətyönlü media və Telegram kanallarında məlumat yayılıb”, - “Hraparak” qeyd edib.

Xatırladaq ki, Ermənistan hökuməti hələ avqustun 11-də Snoop Doggun konsertinin təşkili üçün 6 milyon dollardan çox vəsait ayırıb.
 

Artıq bir neçə gündür ki, İrəvanın “Razdan” stadionunda gərgin iş gedir, konsert üçün səhnə və lazımi avadanlıq quraşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı