“Otuz ildi xalqımıza sağlamlıq və xoşbəxtlik yolunu göstərirəm. İyirmiyədək elmi-publisistik və pis vərdişlərin verdiyi fəsadları göstərən bədii əsərim ziyalandırma prosesinə qatılıb. Yaşamaq üçün yeyən ziyalıların köməyi ilə müəyyən qədər uğur qazanmışıq. Lakin edə bildiyimdən qat-qat az etmişəm. Rəqiblərim çoxdur və güclüdür, onlarda olan böyük imkanlar məndə yoxdur. Ona görə də böyük uğurlardan danışa bilmirəm. Ən güclü rəqibim isə adamların ixtiyarını əlindən alan nəfs və ətalətdir. Bir də kitaba olan soyuq münasibət”.
Modern.az-ın məlumatına görə, bunu tanınmış yazıçı-jurnalist, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri Ərşad Əzimzadə bildirib.
“Yanıma məsləhət almağa gələnlərin bir qismi elə bilir ki, mənim əlimdə sehrli çubuq var, onu qaldırıb-endirəcəm, 20-30-40 il ərzində əmələ gələn azar dağı o saat əriyəcək. Yaxud otlardan hazırladığım bir “möcüzəli” dərmanı verəcəm onlara, qəbul edən kimi, 30-40 ilin fəsadı aradan qalxacaq. Belələrinə anlatmağa çalışıram ki, həyat tərzini dəyişmədən, yəni, pis vərdişləri tərgidib, sağlam həyat tərzinə keçmədən, xəstəliklərdən yaxa qurtarmaq mümkün deyil”, - Ə.Əzimzadə qeyd edib.
Onun sözlərinə görə, özünün yazdığı “Möcüzəsiz möcüzə-5”, “Bizi yaşadan da qidadır, öldürən də”, “Bolezn veka”, “Ot ada do raya odin şaq”, “Rədd olsun eynəklər”, “Nekroloq”, “Xoşbəxt ailə düsturu” və digər əsərlərində, sosial şəbəkələrdəki, TV kanallarındakı çıxışlarında, verdiyi müsahibələrdə belə bir reallığı aşılamağa çalışmıb ki, insan özünə ya həkimdir, ya qənim.
Ə.Əzimzadə deyib ki, “Sağlam həyat tərzini seçənlər - özünə həkimdir, qeyri-sağlam həyat tərzi yaşayanlar isə - qənim.
“Anlayanlar, özü özünün həkimi olanlar var, amma çox azdır. Kitab oxumağa ərinənlər mənimlə görüşə, mənim özümdən məsləhət almağa can atırlar. Belələri əksəriyyət təşkil edir”.
Ə.Əzimzadə bunu nəzərə alaraq, bir neçə mətləbi açıqlamağı lazım bilib:
“1. Çox sadə dildə yazdığım kitablarımı diqqətlə oxuyun, özünüz özünüzə həkim olun, dərdinizə özünüz əncam çəkin.
2. Kitablarımı oxumusunuz, amma yenə də mənim özümü görmək və dinləmək istəyirsinizsə, onu nəzərə alın ki, iradəsi zəif olan, pis vərdişləri (məsələn, papiros çəkmək, spirtli içkilər qəbul etmək, duz, un məmulatları və şirniyyat aludəsi olmaq) əsiri olanları sağaltmağa mənim gücüm çatmır.
3. 1997-ci ildə təsis etdiyim və dövlət qeydiyyatından keçirdiyim “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin” Nizamnaməsinin verdiyi səlahiyyətə görə, mənim maarifləndirmə işi aparmağa və təbii üsullarla müalicə etməyə hüququm var.
4. Xəstələri qəbul etdiyim, saatlarla onları dinlədiyim və ziyalandırdığım, əvvəlcədən hazırladığım “Sağlamlıq rejimi”ni verdiyim üçün müəyyən məbləğdə zəhməthaqqı alıram.
5. Son 10 il yaşadığım şəhər həyatı həyat yoldaşımı və sağlamlığımı əlimdən aldığı üçün, Bakını həmişəlik tərk etdim və Xaçmazın Yergüc kəndində məskən saldım.
6. Ölkədən kənarda yaşayan xəstələrə “onlayn” xidmət göstərirəm.
7. Xəstələr mənə dərhal, xəstəlik başlayan kimi, hələ dərman və həkim müdaxiləsi orqanizmi zəhərləməmiş, hüceyrələri qırmamış, daxili orqanları sıradan çıxarmamış müraciət edəndə, təbii üsullarla müalicə gözəl səmərə verir, xəstə tez bir zamanda sağalır və orqanizmin tamlığını bərpa olunur.
8. Elə bir xəstəlik yoxdur ki, onu dərmanlarla, cərrah bıçağı və şüa ilə sağaltmaq mümkün olsun. Elə bir xəstəlik yoxdur ki, onu sağlam həyat tərzinin köməyi ilə sağaltmaq mümkün olmasın!
9. Özünüzə qənim olmayın, həkim olun! Sağlamlıq və xoşbəxtlik yolu ilə getməyə çətinlik çəkirsinizsə, məndən məsləhətlər almağa ehtiyac duyursunuzsa, mənimlə əlaqə saxlayın”.