Modern.az

Türk Abidə Menecerləri şəbəkəsi qurulacaq

Türk Abidə Menecerləri şəbəkəsi qurulacaq

Mədəni̇yyət

10 Oktyabr 2023, 11:54

Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında Türk Abidə Menecerləri şəbəkəsi qurulacaq.


Modern.az xəbər verir ki, bunu TDT Baş katibinin müavini Sadi Cəfərov Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" adlı beynəlxalq konfrans zamanı deyib.
 

"Bu şəbəkənin qurulması 2022-ci ildə TDT-nin Səmərqənd şəhərində keçirilmiş 30-cu zirvə toplantısı zamanı Türk dövlət başçılarının verdiyi təlimatın icrası baxımından mühüm addımdır. Səmərqənd sammitində türk dövlət başçıları səviyyəsində Türk Abidə Menecerləri Şəbəkəsi qurulması tapşırılmışdı. Bu gün tədbir çərçivəsində həmin şəbəkə qurulacaq. Şəbəkənin əsas məqsədi türk dövlətlərində olan abidələrin idarə olunmasında iştirak edənlərin əməkdaşlıq platformasının yaradılmasıdır. Bu, abidə idarəçiləri arasında təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə imkan verəcək", - Sadi Cəfərov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri