Modern.az

Məşhur müğənni bələdiyyə seçkilərində namizəd olacaq - İYİ-dən

Məşhur müğənni bələdiyyə seçkilərində namizəd olacaq - İYİ-dən

Mədəniyyət

11 Oktyabr 2023, 11:52

Türkiyəli tanınmış müğənni Hakan Peker bələdiyyə seçkilərində iştirak edəcək.

 

Modern.az "Diken"ə istinadən xəbər verir ki, Peker İYİ Partiyadan bələdiyyə sədrliyinə namizəd olacaq.

 

Onun namizədliyini partiya sədri Meral Akşener İYİ Partiyanın parlament fraksiyasının toplantısında öz iştirakı ilə açıqlayıb. Peker Karabük vilayətinin Safranbolu rayon bələdiyyəsinin sədrliyi uğrunda yarışacaq.

 

Akşener müğənnini "milli şüuru yüksək vətən sevdalısı" olaraq təqdim edib.

 

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərinin 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu