Ankara Opera Teatrına yeni baş rejissor təyin edilib.
Modern.az xəbər verir ki, bu vəzifə Azərbaycan əsilli sənətçi Şenol Talınlıya həvalə olunub.
Ş.Talınlı təyinata görə mədəniyyət naziri M.Nuri Ersoya minnətdarlıq edib.
Ş.Talınlı Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə qurduğu Azərbaycan Kültür Dərnəyinin aktiv üzvlərindəndir.
Qeyd edək ki, Ankara Operası Türkiyənin ən önəmli mədəniyyət ocaqlarındandır.