Modern.az

Natiq Qasımov haqqında film nümayiş olunacaq

Natiq Qasımov haqqında film nümayiş olunacaq

12 Oktyabr 2023, 18:46

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

Üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

 

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu