Rusiyalı bəstəkar Gennadi Qladkov vəfat edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 88 yaşında ölüb.
Rusiya Federasiyasının xalq artisti Moskvadakı evində dünyasını dəyişib. Köməkçisi Qladkovun qocalıqdan öldüyünü deyib.
Bəstəkarın musiqisi Bremen şəhərinin musiqiçiləri haqqında cizgi filmlərində və 110-dan çox filmdə səsləndirilib.