Modern.az

Allahşükür Paşazadə Misirə gedir

Allahşükür Paşazadə Misirə gedir

Mədəniyyət

17 Oktyabr 2023, 10:22

Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür.

 

QMİ-dən Modern.az-a bildirilib ki, səfər Misirin Baş Müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. Şeyxülislam A.Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcək.

 

Misir dövlətinin Prezidenti Əbdülfəttah Əs-Sisi cənablarının ali himayəsi ilə baş tutan Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş Şeyxülislam A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.

 

Səfər çərçivəsində QMİ sədri A.Paşazadə üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin Baş İmamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmilərilə görüşlər keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu