SSRİ və Ukrayna aktyoru, ssenarist və səs rejissoru Sergey Qladkov 60 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə cənab Qladkovun ifaçısı olduğu “Kalambur” telejurnalının "V Kontakte" qrupunda məlumat verilib.
Sənətçi ilə vida mərasimi oktyabrın 21-də Odessada baş tutacaq. Qladkov ən böyük şöhrəti “Axmaqlar kəndi” nin adamı rolu sayəsində qazanıb.
O, həmçinin digər filmlərdə də rollar oynayıb.