Modern.az

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır

Mədəniyyət

19 Oktyabr 2023, 13:58

Əvvəllər kadr çatışmazlığından irəli gələrək, məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

 

O qeyd edib ki, din xadimlərinin təyinatı komitə tərəfindən həyata keçirilir.

 

"Eyni zamanda, həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmaları İdarəsinə ötürülür. Ali və orta dini təhsili olan şəslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışanların əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərin əvəz olunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır".

 

M.Qurbanlı əlavə edib ki, məscidlərə dini ayinləri yerimə yetirmək üçün qadınlar da təyin edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu