Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan “Doğum evinin binası”nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.
Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaqdır.