Modern.az

Vaqif Mustafayev "Fikrət Əmirov" filmindən danışdı

Vaqif Mustafayev

Mədəniyyət

26 Oktyabr 2023, 13:44

"Mən "Fikrət Əmirov" filmi ilə özümü yox, bəstəkarın yaradıcılığını təbliğ etmişəm".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Vaqif Mustafayev deyib.

 

"Mən kinoya elə yanaşıram ki, o, gərək funksional olsun. Fikrət Əmirovun yaradıcılığı mənə maraqlı idi. O, əsərləri, yaradıcılığı ilə dünyada tanındı. Filmin çəkilişlərinə başlamazdan əvvəl öncəki filmlərə də baxdım və gördüm ki, bəzi məqamlar diqqətdən yayınıb. Ona görə bütün məqamlara diqqət etməklə bu filmin çəkilişlərinə başladıq. Nəticədə filmimiz Türkiyədə mükafat qazandı. Film 5 dilə tərcümə edilib" - Xalq artisti qeyd edib.

 

Xatırladaq ki, Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu