Modern.az

Məşhur müğənni milyarder oldu

Məşhur müğənni milyarder oldu

Mədəniyyət

27 Oktyabr 2023, 17:24

Amerikalı müğənni Teylor Svift rəsmi olaraq milyarderlər siyahısına daxil olub.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, 33 yaşlı müğənni JAY-Z və Rihanna kimi digər milyarder sənətçilərə qoşulur.

 

Onun dəqiq sərvəti 1.1 milyard ABŞ dollarıdır və bura onun musiqi kataloqunun təhlili, qastrol qazancı, mal satışları və s. daxildir. ABŞ-da verdiyi 53 konserti ölkənin ÜDM-nə 4.3 milyard dollar əlavə edib.

 

İyun ayında müğənni ABŞ-ın ən varlı qadınları siyahısında 34-cü yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu