Modern.az

Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi

Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi

31 Oktyabr 2023, 15:08

Fiziki olaraq səhnədə qalmaq maksimum 40 yaşa qədər mümkündür.

 

Modern.az xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” panelində çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar artist Nailə Məmmədzadə deyib.

 

“Bizim mövcud qanunvericiliyə görə isə təqaüdə çıxma yaşı 60-dan yuxarıdır”, - Nailə Məmmədzadə bildirib.

 

O təklif edib ki, xoreoqrafların təqaüdə çıxma yaşı aşağı salınsın.

 

Xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə də təklifi dəstəkləyib: "Rəqs sənətini seçmək istəyən insan düşünür ki, 35-40 yaşından sonra nə edəcək? Mən çox xahiş edirəm, bu məsələyə diqqət göstərilsin. Çünki bu cür məsələlər Azərbaycanda rəqs sənətinin inkişafına mane olur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu