Modern.az

Elmi ekspedisiyalar üzrə xərc normaları artırıldı

Elmi ekspedisiyalar üzrə xərc normaları artırıldı

Mədəniyyət

1 Noyabr 2023, 12:26

Azərbaycan Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normaları artırılıb.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, mülki-hüquqi müqavilələr üzrə cəlb edilmiş işçi kimi fəhləyə verilən gündəlik haqq 8 manatdan 25 manata qaldırılır. Həmçinin, qərara əsasən, nəqliyyat xidməti və icarə xərcləri də artırılır.

 

Belə ki, nəqliyyat vasitəsinin və digər texnikanın icarəsi (faktiki iş günündə sürücü əməyi də daxil olmaqla) hər iş günü üçün nəzərdə tutulan məbləğ 12 manatdan 25 manata, nəqliyyat vasitəsi üçün yanacaq və sürtkü materialları xərcləri (faktiki iş günündə) 10 manatdan 15 manata, günlük bina və mənzillərin icarəsi üçün məbləğ 5 manatdan 25 manata qaldırılır.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu