Modern.az

Qələbəmizi əks etdirən filmləri görmürük - Azay Quliyev

Qələbəmizi əks etdirən filmləri görmürük - Azay Quliyev

Mədəniyyət

3 Noyabr 2023, 15:53

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə istiqamətdən də baxılmalıdır: “Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilvasitə bu işə dəstək verməli və nəticə görməliyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu