SSRİ xalq artisti Yuri Solomin Moskvada xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanallarınnın məlumatında bildirilib.
Məlumata görə, xalq artisti Moskvanın mərkəzindəki mənzilində yıxılaraq huşunu itirib. Təcili yardım briqadası aktyoru dərhal xəstəxanaya aparıb.
İyun ayında Solominin 88 yaşı tamam olub. O, “Adi bir möcüzə”, “Zati-alilərinin adyutantı”, “TASS bəyan etmək səlahiyyətinə malikdir” və bir çox başqa filmlərdə rol alıb.