Müğənni Alla Puqaçovanın Moskvadakı çıxışlarına qadağa qoyulmalıdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov “estrada primadonnası”nın yenidən səhnəyə qayıda biləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib. Onun fikrincə, belə konsertlərə böyük tələbat olmayacaq.
Şoloxov qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma apara bilər, qanunvericilik səviyyəsində Puqaçovanın konsertlərinin ləğv edilməsinin əsasları var. Əgər müğənni Rusiyaya, Rusiya ordusuna qarşı hər hansı açıqlama veribsə, təbii ki, buna uyğun cəza gələcək.
"Əgər belə bəyanatlar olmasaydı, deməli, qadağa üçün heç bir əsas yoxdur”, - deyə deputat əlavə edib.
Bundan əvvəl “Mash Telegram” kanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Puqaçova Yeni il bayramları zamanı Rusiya səhnəsinə qayıda bilər. Məlumata görə, sənətçinin prodüserləri çıxışlar üçün sessiya musiqiçiləri axtarırlar. Qeyd olunur ki, Puqaçovanın qonorarı 500 min dollara qədər yüksələ bilər ki, bu da 2020-ci illə müqayisədə 150 min dollar çoxdur.