Modern.az

Mobil Babayev yeni simfoniya bəstələmişdi, lakin onu çatdıra bilmədi...

Mobil Babayev yeni simfoniya bəstələmişdi, lakin onu çatdıra bilmədi...

Mədəniyyət

10 Noyabr 2023, 15:07

Mobil Babayev yeni simfoniya bəstələmişdi, lakin onu axıra çatdıra bilmədi, vaxtı çatmadı.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, müğənni Mübariz Tağıyev jurnalistlərə açıqlamasında bildirib.

 

“Üç gün öncə xəstəxanaya Mobilin yanına getmişdim, təəssüf ki, məni tanımadı. Sonra evə aparıldığını eşitdim, vəziyyətinin yaxşı olduğunu düşünüb sevindim. Uzun illərdir Mobili tanıyıram. Bizi sənət bağlayır. Onun vəfatı Azərbaycan incəsənətinə böyük itki oldu”, - o vurğulayıb.

 

M.Tağıyev deyib ki, M.Babayev Azərbaycan incəsənətində böyük izi var və buna görə də onun xatirəsi daim yaşayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu