Modern.az

Görkəmli xanəndə Məşədi Məhəmməd haqqında kitabların təqdimatı olub

Görkəmli xanəndə Məşədi Məhəmməd haqqında kitabların təqdimatı olub

Mədəniyyət

13 Noyabr 2023, 11:02

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının “Salam Məşədi” və “Son nöqtədən sonra…” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Gülhüseyn Kazımlı Modern.az-a bildirib ki, “Salam Məşədi” kitabı ömrünün böyük hissəsini Türkiyədə keçirmiş görkəmli xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev haqqındadır. “Salam Məşədi” adlı birinci kitabda ömrünün 33 ilini İstanbulda keçirmiş xanəndənin ömür yolundan bəhs edilir, onun Türkiyədəki həyatı barədə əldə olunmuş yeni arxiv materialları haqqında söhbət gedir.

Sonra müəllifin lap yeni çapdan çıxmış “Son nöqtədən sonra” kitabı da təqdim olunub. Bu kitab əslində “Salam Məşədi” kitabının ardı kimi nəzərdə tutulub. Məşədi Məhəmməd Fərzəliyev 1929-cu ildən 1962-ci ilə gədər İstanbulda yaşayıb və orada vəfat edib. Bu yay müəllif Gülhüseyn Kazımlı araşdırmaçı jurnalistlər Dilgəm Əhməd və Hafiz Əhmədovun birgə səyi nəticəsində 62 ildən sonra Məşədi Məhəmməd Fərzəliyevin özünün və həyat yoldaşı Hədicə xanımın Feriköy məzarlığındakı məzar yerləri, oğlu Mahmudun və nəvəsi Çingizin qəbirləri aşkar edilib ki, kitab da bununla bağlı axtarışı prosesinə həsr olunub.

Tədbirdə muzeyin rəhbərliyi və əməkdaşları, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.

Kitablar muzeyin kitabxanasına hədiyyə olunub. Mədəniyyət ocağının direktoru, Azərbaycan və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dəyərli hədiyyələrə görə təşəkkürünü bildirib, kitabların oxucular və araşdırmaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.
 

Cəmilə Babayeva,
Araşdırmaçı jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu