Modern.az

Kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilsin

Kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilsin

Mədəniyyət

13 Noyabr 2023, 16:18

Milli Məclisdə Kino sahəsində kommersiya filmləri üçün əlavə dəyər vergisi (ƏDV) ləğv edilməsi təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

 

“Kitab sahəsində bununla bağlı irəliləyiş əldə etmişik. Son zamanlar xalq tərəfindən kitaba sevgini aydın şəkildə görürük. Ona görə də kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir. Onu da bildirək ki, büdcədən ayrılan vəsait kino sahəsi üçün elə də çox deyil. Ona görə də kino sahəsinin ƏDV-dən azad edilməsi ilə bu sahədə imkanların artırılmasına şərait yaradıla bilər”,- deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu