Modern.az

Qədim xalçalarımız Avstriyada hərraca çıxarılır - FOTOLAR

Qədim xalçalarımız Avstriyada hərraca çıxarılır - FOTOLAR

Mədəniyyət

20 Noyabr 2023, 08:48

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq.

 

Modern.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

 

Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000- 3 000 avro arasında dəyişir.

 

“Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) "XXXV əsrin zərif antik Şərq xalçaları və icma sənəti 4" auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək. Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça, antik şərq əşyaları çıxarılacaq. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolu, Şərqi Türküstanın xalçaları da var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu