Modern.az

Brijit Makron prezidentlə aralarındakı 35 yaş fərqindən danışıb: “Çox qorxurdum”

Brijit Makron prezidentlə aralarındakı 35 yaş fərqindən danışıb: “Çox qorxurdum”

Mədəniyyət

21 Noyabr 2023, 12:50

Fransanın birinci xanımı Brijit Makron prezident Emmanuel Makronla ilk münasibətləri haqda danışıb.

O, Emmanuel Makronla görüşdüyü ilk günlərdən, ərinə münasibətlə bağlı qorxularından, o cümlədən onun “öz yaşıdına aşiq olacağı” barədə narahatlığından bəhs edib.
 

Modern.az xəbər verir ki, Brijit Makron “Paris Match” nəşrinə açıqlamasında "o zaman tamamilə çaşqınlıq içində idim, belə bir gənc oğlanla intim münasibət qurmaq mənim üçün xaos ola bilərdi" deyib.
 

Onun sözlərinə görə, Emmanuel bir dəfə Parisə gedəndə öz-özünə deyib ki, yəqin ki, o, yaşıdı olan bir xanıma aşiq olacaq.

“Amma bu baş vermədi”.
 



Cütlüyün yaş fərqi (Brijitin 70, Emmanuelin 45 yaşı var) indi də aktual mövzu olaraq qalır.

Emmanuel Makron hələ 2017-ci ildə “Elle France”a müsahibəsində bu mövzuya toxunaraq, “həyatda çox vacib seçimlər etməli vaxtlar olduğunu" qeyd etmişdi.


Brijit Makron:

"Əlbəttə, səhər yeməyimizi birlikdə yeyirik, mən və qırışlarım, o və gəncliyi, amma bu belədir".

“Bu seçimi etməsəydim, gələcək həyatımı əldən verərdim. Uşaqlarımla çox xoşbəxt idim və eyni zamanda hiss etdim ki, “bu sevgini” yaşamalıyam, çünki tam xoşbəxt olacağıma inanırdım”.
 

Cütlük Brijit Amyensdəki Katolik Məktəbində dramdan dərs deyəndə tanış olub. Onda Brijitin qızı Emmanuelin sinif yoldaşı idi.


“Paris Match”a verdiyi yeni müsahibədə Brijit Makronun yaş fərqindən çox narahat olduğu bilinir. Vaxtilə 40 yaşlı müəllimlə 15 yaşlı tələbə oğlan arasında münasibətin başladığı üzə çıxanda bu, qalmaqala səbəb olmuşdu.


Avropanın “Politico” nəşrinə görə, Fransada razılıq yaşı 15-dir, lakin ölkədə bununla bağlı qanun qəbul edilənə qədər cinsi zorakılıq halları istisna olmaqla, buna diqqət yetirilməyib.
 



Vaxtilə Emmanuelin valideynləri onu Parisdəki başqa bir məktəbə köçürmək qərarına gəldikdə belə, bu, Emmanuelin Brijitlə münasibətlərinə təsir etməyib.

Emmanuel tələbə olarkən Brijit evliydi, lakin uzun illər idi ki, ərindən ayrı yaşayırdı. O, Emmanuellə toyuna az qalmış boşanıb.


Brijit yeniyetmə oğlanla intim münasibətin Emmanuelin yaşında olan uşaqlarına necə təsir edəcəyindən də narahat imiş.

Brijit Emmanuellə evliliklərinin övladlarını çox narahat etməyəcəyinə əmin olmaq üçün 10 il gözlədiyini söyləyib.

"Onların həyatını məhv etməmək mənə bir müddətə başa gəldi", - Brijit Maktron deyib.

“Bu müddət 10 il davam etsə də, həyatımın şansını əldən vermək istəmədim”.




Cütlük 2007-ci ildə evlənəndə - Emmanuel 29 yaşında olarkən, o, üç ögey övladına deyib:

“Bizi, o qədər də normal olmayan cütlüyü qəbul etdiyiniz üçün təşəkkür edirik”.


Emmanuel Makrov 39 yaşında Fransanın prezident seçkilərində qalib gələrək ölkənin ən gənc dövlət başçısı olub.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu